Planetimizin əkizi tapıldı

30 Noyabr 2011 13:10 (UTC+04:00)

Amerikalı alimlər yadplanetlilərin yaşamasının reallıq səviyyəsi baxımından planet və təbii peyklərin reytinq siyahısını hazırlayıb.

Saturn planetinin təbii peyki Titan və Yerdən 20,5 işıq ili uzaqlıqdakı Tərəzi ulduz topasındakı Giles 581G planeti Kainatda yaşamaq üçün ən əlverişli məkanlardır.

Alimlər "Yer planetinə bənzərlik indeksi" və "Yaşamaq üçün əlverişlilik indeksi" adlı iki reytinq siyahısı hazırlayıblar.

ABŞ-dakı Vaşinqton Universitetinin astrofiziki Dirk Şults-Makuçun rəhbərlik etdiyi araşdırmanın maraqlı nəticələri var.

"Əvvəlcə Kainatdakı başqa planetlərdə bilib-bilmədiyimiz həyat formalarını araşdırmağa çalışdıq. Sonra da Günəş sistemindəki və sistemdən kənardakı planetlərdə Yerə bənzər şəraitin olub-olmadığını müəyyənləşdirmək istədik", - astrofizik deyib.

"Yer planetinə bənzərlik indeksi"ndə planetlər böyüklüyü, çəkisi və ağırlığı, sistemin əsas ulduzu ilə arasındakı məsafə və s. kimi amillər baxımından Yerlə müqayisə olunur.

"Yaşamaq üçün əlverişlilik indeksi"ndə isə səma cisimlərin səthinin buz və ya daşla örtülməsi, atmosfer, maqnit sahəsi və s. kimi amillərin olub-olmadığı araşdırılıb.

Hər iki indeksdə 3-4 səma cismi ilə təmsil olunmuş "Gilese 581" sistemini astronomlar Yer planetinə ən uyğun şəraitə malik planetlərin ola biləcəyi məkan sayırlar.

İndeksləri təqdim edirik.



Yer planetinə

bənzərlik indeksi

Dünya - 1,00

Gilese 581g - 0,89

Gilese 581d - 0,74

Gilese 581c - 0,70

Mars - 0,70

Merkuri - 0,60

HD 69830d - 0,60

55 Cnc c - 0,56

Ay - 0,56

Gilese 581e - 0,53



Yaşamaq üçün

əlverişlilik indeksi

Titan - 0,64

Mars - 0,59

Avropa - 0,49

Gilese 581g - 0,45

Gilese 581d - 0,43

Gilese 581c - 0,41

Yupiter - 0,37

Saturn - 0,37

Venera - 0,37

Enselad - 0,35