Erməni çempion Suriyada öldürüldü

3 Oktyabr 2016 20:00 (UTC+04:00)

Suriyanın Hələb şəhərinə cihadçıların raket hücumu nəticəsində üzgüçülük üzrə çempion Mireyl Hindoyan ölüb.


Movqe.az axar.az-a istinadən bildirir ki, universitet tələbəsi olan Hindoyan evlərinə mərmi düşməsi nəticəsində 12 yaşlı bacısı ilə birlikdə həyatını itirib.

 

Hindoyanın Suriyada ermənilərin sıx məskunlaşdığı bölgədə yaşadığı bildirilir.