Ləğv edilmiş 3 bankdakı sığortalanmamış əmanətlərin məbləği açıqlandı

4 Oktyabr 2016 13:06 (UTC+04:00)

Ləğv edilmiş "Parabank", "Dekabank" və "Qafqaz İnkişaf Bankı"nda sığortalanmamış əmanətlərin ümumi həcmi 54,3 milyon manat təşkil edir.


Movqe.az-ın məlumatına görə, bunu mətbuat konfransında Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) rəhbəri Azad Cavadov deyib.