Qeyri-neft sektoru üzrə vergi daxilolmaları proqnozu artıqlaması ilə icra olunub

4 Oktyabr 2016 13:32 (UTC+04:00)

2016-cı ilin 9 ayında Azərbaycanın dövlət büdcəsinə vergi daxilolmaları üzrə proqnoz tam yerinə yetirilib.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə vergilər nazirinin müavini İlkin Vəliyev deyib. 2015-ci ilin yanvar-sentyabr aylarının göstəricisi ilə müqayisədə vergi daxilolamaları 365 milyon manat artıb.


Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə daxilolmalar proqnoz təqribən 64 milyon manat məbləğində artıqlması ilə yerinə yetirilib.