"Neftçi"nin müdafiəçisi İsrail və İtaliyaya qarşı

4 Oktyabr 2016 13:52 (UTC+04:00)

"Neftçi"nin müdafiəçisi Vançe Şıkov Makedoniya milli komandasının düşərgəsindədir.


Movqe.az goal.az-a istinadən xəbər verir ki, 31 yaşlı futbolçu dünya çempionatının seçmə mərhələsi çərçivəsində oktyabrın 6-da İsrail, 9-da isə İtaliya yığmalarına qarşı oyunlarda öz komandasına kömək edə biləcək.


Qeyd edək ki, Vançe Şıkov 2007-ci ildən formasını geyindiyi Makedoniya milli komandasının heyətində 50 oyun keçirib və 4 qola imza atıb.