Azərbaycan Prezidenti İlham Əliyev M.Q.Gülümova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir ki, Sumqayıt şəhərinin iqtisadi inkişafında xidmətlərinə görə Müzəffər Qəzənfər oğlu Gülümova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.