Xəzərdə 4 bal gücündə zəlzələ olub

5 Oktyabr 2016 14:00 (UTC+04:00)

Bu gün Xəzər dənizində zəlzələ baş verib. Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az-a verilən xəbərə görə, zəlzələ yerli vaxtla saat 12:21:25-da qeydə alınıb.

 

Yeraltı təkanın maqnitudası 4.1, dərinliyi 60 km olub. Zəlzələ hiss olunmayıb.