Merkel hökuməti Rusiyaya yeni sanksiyaları müzakirəyə çıxardı

6 Oktyabr 2016 20:00 (UTC+04:00)

Almaniya hökuməti Suriya ilə bağlı Rusiyaya yeni sanksiyalar tətbiq etməyi müzakirə edir.


Movqe.az xarici KİV-ə istinadən xəbər verir ki, Angela Merkel hökuməti Moskvanı ərəb ölkəsində siyasi kursunu dəyişməyə vadar edəcək tədbirlər planı hazırlayır. Bu tədbirlərdən biri də Aİ-nin Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq etməsidir.


Hələlik sanksiyaların tətbiqi ilə bağlı müzakirələr ilkin mərhələdədir. Onun Almaniya parlamentində nə qədər geniş dəstək toplayacağı məlum deyil.


Qeyd edək ki, daha əvvəl ABŞ bəyan etmişdi ki, Suriyaya görə Rusiya ilə əlaqələri birtərəfli qaydada dayandırmaq lazımdır.