Qapının qıfılını sındırıb evə girdilər - BAKIDA

6 Oktyabr 2016 17:49 (UTC+04:00)

Bakıda evdən oğurluq edilib. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 37-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 1-nə keçən gecə Bakı şəhər sakini Miyad Abıyevin evindən qapının qıfılını sındırmaq yolu ilə 650 manat dəyərində gümüş əşyalar oğurlamaqda şübhəli bilinən paytaxt sakini Ramil Mütəllimov tutulub. Araşdırma aparılır.