Sabunçuda 3 otaqlı ev yanıb

7 Oktyabr 2016 10:47 (UTC+04:00)

Sabunçu rayonunda vətəndaşa məxsus 3 otaqlı ev yanıb.


Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 20 m² sahədə, 2 otağının yanar konstruksiyaları və ev əşyaları 50 m² sahədə yanıb.


Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 05:03-də yanğınsöndürənlər tərəfindən söndürülüb.