Bu gün AŞPA-da Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq

10 Oktyabr 2016 10:19 (UTC+04:00)

Bu gün AŞPA-nın büro iclasında Avropa İnsan Haqları Məhkəməsinə azərbaycanlı namizədin məsələsinə baxılacaq.

 

Movqe.az-ıın məlumatına görə, büroda AŞPA qiymətləndirmə missiyasının sentyabrın 26-da Azərbaycanda keçirilən referendumla bağlı ilkin qiymətləndirməsi və Venesiya Komissiyasının ilkin rəyi də müzakirə olunacaq.

 

Qeyd edək ki, AŞPA-nın Avropa İnsan Haqları Məhkəməsinə Hakimlərin seçilməsi komitəsi ən uyğun namizəd kimi Lətif Hüseynovun seçilməsini tövsiyə edib.

Sosial səhifələrdə paylaş