AŞPA sədri: "Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır"

10 Oktyabr 2016 16:05 (UTC+04:00)

"Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir".

 

Movqe.az xəbər verir ki, bu sözləri bu gün Strasburqda keçirilən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyasının ilk iş günündə qurumun sədri Pedro Aqramunt deyib.

 

Ukraynadakı vəziyyətdən danışan AŞPA sədri bütün üzv dövlətlərdəki münaqişələrinin həll edilməsinin vacibliyini vurğulayıb: "Bütün münaqişələr dövlətlərin ərazi bütövlüyü çərçivəsində həll edilməlidir, bir daha xatırladıram, bütün münaqişələr... Dövlətlərin sərhədləri güclə deyil, yalnız ikitərəfli razılıq əsasında dəyişilə bilər./apa/