Gəncədə avtomobil piyadanı vurub

10 Oktyabr 2016 18:15 (UTC+04:00)

Gəncə şəhərində avtomobil piyadanı vurub. Movqe.az-ın verdiyi məlumata görə, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Yolu keçmək istəyən, 1974-cü il təvəllüdlü Sevinc Cahangirova "VAZ 2107" markalı avtomobillə vurulub. Qadın dərhal Gəncə şəhər Təcili tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır./apa/