Daha bir bankın rəhbərliyində dəyişiklik

11 Oktyabr 2016 18:00 (UTC+04:00)

"Nikoil Bank"ın İdarə heyəti sədrinin müavini Emil Məmmədov vəzifəsini tərk edib.

Movqe.az xəbər verir ki, bu barədə Trend-ə bankdan məlumat verilib.

Hazırda bankın İdarə heyətinin tərkibinə 4 nəfər - sədr Nikoloz Şurqaya, onun müavinləri Fərhad Hacınski və Fuad Tağıyev, həmçinin İdarə heyətinin üzvü Sergey Xmurin daxildir.