Türkiyədə hərbi maşınlar partladıldı: 12 yaralı

14 Oktyabr 2016 11:10 (UTC+04:00)

Türkiyənin Hakkari vilayəti Şəmdinli rayonunun Təkəli kəndinin yaxınlığında PKK terrorçularının yola döşədikləri əldəqayırma partlayıcı qurğu işə düşüb.

Movqe.az-ın "Haber7"-yə istinadən verdiyi məlumata görə, nəticədə yoldan keçən hərbi maşın partlayıb, 4 hərbçi yaralanıb.

Digər analoji partlayış Vanın Başqala rayonunda da baş verib. Hadisə nəticəsində 2-si ağır olmaqla 8 hərbçi xəsarət alıb.

Bölgədə irimiqyaslı antiterror əməliyyatları başlayıb.