Cənubi Koreyanın Samsung korporasiyası Samsung Galaxy Note 7 smartfonlarını bərpa, təmir və ya təkrar emal etmək niyyətində deyil.
Movqe.az milli.az-a istinadən bildirir ki, bu modeldən olan bütün smartfonlar məhv ediləcək.
Samsung korporasiyası "smartfonu təhlükəsiz şəkildə utilləşdirmək imkanlarına malikik" bəyanatı ilə çıxış edib.
Oktyabrın 11-də Samsung korporasiyası öz-özünə alışma və partlama hallarının çoxalması ilə bağlı olaraq Galaxy Note 7 smartfonlarının istehsalını dayandırıb.
Analitiklərin dediklərinə görə, bu qərına görə Samsung ən azı 17 milyard dollar itki verib.