Yağışlı hava nə vaxta kimi davam edəcək? - Açıqlama

17 Oktyabr 2016 11:10 (UTC+04:00)

Azərbaycan ərazisində müşahidə olunan yağışlı, qeyri-sabit hava şəraiti oktyabrın 19-u gündüz saatlarınadək davam edəcək. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib ki, ölkə ərazisində havaların bu cür soyuması şimal-qərbdən hərəkət edən soyuq hava kütlələri ilə əlaqəlidir.