Ukrayna Azərbaycanda əczaçılıq zavodu tikmək istəyir

20 Oktyabr 2016 18:30 (UTC+04:00)

Ukraynanın "İndar" iri əczaçılıq şirkəti Azərbaycanda dərman istehsalı zavodu tikməyi planlaşdırır.

Trend-in məlumatına görə, bunu Ukraynanın ölkəmizdəki səfiri Aleksandr Mişenko Bakıda turizm forumunda deyib.

Onun sözlərinə görə, şirkət Azərbaycanda müvafiq danışıqlar aparır və müəssisədə iştirak payının 50-nin 50-yə olacağı gözlənilir.