İkinci Avropa Oyunları 2019-cu ildə Minskdə keçiriləcək.
Movqe.az-ın goal.az-a istinadən verdiyi məlumata görə, bu barədə
Avropa Olimpiya Komitələri prezidentinin səlahiyyətlərini icra edən
Yanez Koçiyançiçin Belarus prezidenti Aleksandr Lukaşenko ilə
görüşü zamanı bildirilib.
“Biz super dövlət deyilik, lakin idmana böyük önəm veririk”, - deyə
Lukaşenko bildirib.
Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda
keçirilib.