Evinə çağırdığı qonşusunun 15 yaşlı qızını zorladı - FOTO

22 Oktyabr 2016 10:30 (UTC+04:00)

Türkiyədə daha bir cinayət böyük etiraza səbəb olub.

Movqe.az milliyet-ə istinadən bildirir ki, Zonquldağdan evinə çağırdığı qonşusunun 15 yaşlı G.D. adlı qızını zorladığı iddiası ilə həbs edilən A.K. azadlğa buraxılıb. 9 il 2 ay həbs cəzası alan təqsirli şəxs vaxtından əvvəl azadlığa buraxıldığından qızın ailəsi məhkəmə qərarına etiraz ediblər.

Qızın atası bu cinayəti "adam öldürməkdən daha ağır" hesab edərək məhkəmənin qərarından şok olduğunu bildirib.