2016-2017-ci illərdə Avropada son 100 ilin ən soyuq qışı olacaq.
Movqe.az publika.az-a istinadən xəbər verir ki, bu barədə
meteoroloqlar xəbərdarlıq edirlər. Onların sözlərinə görə, Qitəyə
arktik hava kütlələrinin axını olacaq, Günəş buludların arxasında
qalacaq.
Avropa meteoroloqları xəbərdarlıq edirlər ki, qış üçün ən isti
geyimi hazırlamaq lazımdır. Çünki bu soyuq əvvəlkilərdən
fərqlənəcək.
Almaniyanın ekoloqları qış aylarında ən aşağı temperaturun
yanvarda və fevralda müşahidə ediləcəyini bəyan edirlər. Hətta mart
ayı da soyuq olacaq. Yalnız apreldə bir az temperatur
yüksələcək.
Ekoloqlar bu ilin Avropa üçün ən sərt qış olacağını
proqnozlaşdırırlar. Bu hava kütlələrinin hərəkət istiqamətində
müəyyən manelərə rast gəlməsi ilə əlaqədardır. Bununla əlaqədar
olaraq cənubdan qarlı və tufanlı siklonlar gəlir. Onun ardınca
soyuq arktik kütlələr müşahidə ediləcək.
Ekoloqlar havanın temperaturunun azalmasını bildirsələr də, "buz
dövrü" haqqında danışmağın hələ tez olduğunu bildirirlər.