“Torpaq uğrunda ölən varsa vətəndir” - Film təqdim olundu - VİDEO

24 Oktyabr 2016 11:23 (UTC+04:00)

Müdafiə Nazirliyinin Təlim və Tədris Mərkəzində “Torpaq uğrunda ölən varsa vətəndir” adlı filmin təqdimatı olub. “Yeni Yurd” Sosial İnkişaf İctimai Birliyinin ərsəyə gətirdiyi filmdə “Çanaqqala və Qafqaz İslam Ordusu”nun qazandığı zəfərlərdən və Türk-Azərbaycan qardaşlığından bəhs edilir. İctimai Birliyin sədri Mahirə Əsədova deyir ki, filmdə məhz bu qardaşlıq motivləri əsas götürülüb. .
Azərbaycan müstəqilliyinin bərpasının 25 illiyinə həsr olunan tədbirdə çıxış edənlər də film haqqında təəsuratlarını bölüşdülər.Daha sonra film təqdim olundu.