Əmanətlərin Sığortalanması Fondu lisenziyası ləğv olunan 10
bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyanın həcmini
açıqlayıb.
Fonddan Movqe.az-a verilən məlumata görə, "Parabank" ASC-nin
qorunan əmanətçilərinə 32 mln. 883 min manat, "Zaminbank" ASC-nin
qorunan əmanətçilərinə 51 mln. 22 min manat, "Kredobank" ASC-nin
qorunan əmanətçilərinə 23 mln. 75 min manat və "Dekabank" ASC-nin
qorunan əmanətçilərinə isə 2 mln. 858 min manatdan artıq
kompensasiya ödənilib. 4 bank üzrə ümumilikdə 109 mln. 838 min
manatdan artıq kompensasiya veriib.
"Atrabank" ASC-nin qorunan əmanətçilərinə 14 mln. 110 min manat,
"Qafqaz İnkişaf Bankı" ASC-nin qorunan əmanətçilərinə 1 mln. 876
min manatdan artıq kompensasiya ödənişi edilib. 2 bank üzrə
ümumilikdə 15 mln. 986 min manatdan artıq kompensasiya
ödənilib.
"Bank of Azerbaijan" ASC-nin qorunan əmanətçilərinə 24 mln. 91
min, "Gəncəbank" ASC-nin qorunan əmanətçilərinə 969 min manat,
"Texnikabank" ASC-nin qorunan əmanətçilərinə isə 119 mln. 978 min
manatdan artıq kompensasiya ödənişi həyata keçirilib. 3 bank üzrə
ümumilikdə 145 mln. 38 min manatdan artıq kompensasiya
ödənilib.
"Bank Standard" QSC-nin qorunan əmanətçilərinə 319 mln. 269 min
manat artıq kompensasiya ödənişi baş tutub.
Ümumilikdə Fond tərəfindən 10 bank üzrə 590 mln. 131 min manatdan
artıq kompensasiya ödənilib.