Türkiyədə daha 10 min nəfər işdən çıxarıldı

30 Oktyabr 2016 14:24 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələrindən uzaqlaşdırılmış iki general vəzifələrinə bərpa ediliblər. Türkiyədə fövqəladə vəziyyət rejimi çərçivəsində terror təşkilatlarına üzv, mənsub olmaqda, yaxud terror fəaliyyətində iştirakda şübhəli sayılan 10 min 159 nəfər dövlət qurumlarından xaric edilib. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qərara əsasən Türkiyə Böyük Millət Məclisindən 32 nəfər, Dini İşlər Nazirliyindən 249 nəfər, Ədliyyə Nazirliyindən 2 min 534 nəfər, Təhsil Nazirliyindən 2 min 219 nəfər, Səhiyyə Nazirliyindən 2 min 774 nəfər, universitetlərdən isə 277 nəfər işdən çıxarılıb.