İtaliyada zəlzələ: onlarla insan yaralanıb

31 Oktyabr 2016 09:15 (UTC+04:00)

Bu gün səhər İtaliyada baş vermiş güclü zəlzələ nəticəsində onlarla insan yaralanıb.

Movqe.az-ın "RİA Novosti"ya istinadən verdiyi xəbərə görə, zəlzələ zamanı ölən olmayıb.

Təbii fəlakət nəticəsində bir sıra binalar ziyan çəkib.

Qeyd edək ki, bu gün yerli vaxtla saat 07:41-də İtaliyada 6,5 bal gücündə zəlzələ baş verib.