"Qarabağ"ın rəqibindən qələbə

31 Oktyabr 2016 10:17 (UTC+04:00)

Yunanıstan superliqasında IX turun oyunları keçirilir. Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən biri olan PAOK öz meydanında AEK 1:0 hesabı ilə məğlub edib.

Qolu 90+4-cü dəqiqədə Leo Matos vurub. PAOK bu qələbə ilə 11 xalla 3-cü pillədə qərarlaşıb.

Qeyd edək ki, bu, PAOK-un növbəti oyunu “Qarabağ”la olacaq. Görüş noyabrın 3-də Salonikidə keçiriləcək.