Aygün Kazımova balığına Namiqin adını qoydu: "Namiq sürüşüb..."

31 Oktyabr 2016 20:30 (UTC+04:00)

Xalq artisti Aygün Kazımova “Həyat tərzi” verilişində ona hədiyyə gələn balıqlara maraqlı ad qoyub. 

Movqe.az-ın məlumatına görə, müğənni “Bəyəndim” verilişinə açıqlamasında bunları deyib:

“Birinin adı Elza Seyidcahan olsun. O mənim aksesuarımdı axı. Elzadan dahi fikirlər çıxır. İkinci oğlandı, adını Namiq (meyxanaçı Namiq Qaraçuxurlu - red.) qoyum. Yenə evə gəlsin".

A.Kazımova aparıcının "Balıqlar sudan sürüşüb çıxa bilirlər" sözlərinə belə cavab verib:

"Namiq sürüşüb qaçmaqda Elzaya dərs keçər”. axsam.az