Pişik Günel nəyə əsəbləşdi? – Fotosessiya

23 Aprel 2012 19:21 (UTC+04:00)

Azərbaycanın populyar müğənnisi Günel Ələkbərova Movqe.Az-a verdiyi açıqlamada kişilərə yaman əsəbləşdiyini bildirdi.

"Bu gün bəylərimizin əksəriyyəti qadınlara hörmət qoymurlar. Bir çoxu deyir ki, buna qadın özü günahkar olur. Lakin bu yalan söhbətdir. Kişi istəsə qadın ona hörmət qoyar.

Biz qadınlar günahkarıq ki, kişilər kobudlaşıblar? Düzdür mən bunu bütün kişilərə şamil etmirəm. Lakin əksəriyyət qadınlarla davranışı bilmirlər.

Hansısa kişinin qadına əl qaldırdığını görəndə yaman əsəbləşirəm.  Bəlkədə həmin an, kişiləri döyədə bilərəm", - G.Ələkbərova dedi.

Türkan Nadirqızı
Mövqe.Az