Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib

13 Fevral 2017 10:10 (UTC+04:00)

Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib.

“Movqe” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu haqda Türkmənistan Mərkəzi Seçki Komissiyası məlumat yayıb.
İnformasiyaya əsasən, seçkidə iştirak edən seçicilərin  97,69 faizi ona səs verib.
Qeyd edək ki, prezident postu uğrunda 9 namizəd mübarizə aparıb.