Vergilər Nazirliyi vergi ödəyicilərinin 100 manat cərimə ediləcəyi ilə bağlı xəbərlərə aydınlıq gətirib. Movqe.az xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Şahin Məmmədov açıqlamasında sms-lərin oxunmamasına görə, cərimə tətbiq edilməsi məsələsinin gündəmdə olmadığını deyib: “Dünəndən etibarən bir sıra kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmaqdadır ki, Vergilər Nazirliyinin vergi ödəyicilərinə göndəridiyi SMS-lərin oxunmamasına və ya ona reaksiya verilməməsinə görə 100 manat məbləğində cərimə tətbiq ediləcək. Bu yanlış informasiyadır, belə bir şey yoxdur”.
Züfiyyə QULUYEVA