"Ötən ilin statistikasına əsasən, Azərbaycanda 10 yaşa kimi uşaqlar arasında oğlanların sayı nəzərəçarpacaq qədər artıb”.
Bunu "2017-2025-ci illər üzrə Azərbaycan Respublikası əhalisinin Reproduktiv Sağlamlığına dair Milli Strategiyanın" ilkin layihəsinin müzakirəsinə həsr olunan işçi görüşdə deputat Məlahət İbrahimqızı deyib.
Məlahət İbrahimqızı qeyd edib ki, statistikaya əsasən oğlanların sayı qızlara nisbətən 4-5% artıb.
“Bu çox ciddi problemdir. Qızların gələcək taleyi hər kəsi düşündürməlidir: “2-3 ildən sonra bu ciddi tendensiyaya səbəb olacaq. 5 il bundan əvvəl bu rəqəmlər 1% idi. Biz bu sahədə geridə qalmış ölkələrin sırasına enə bilmərik”.
Deputat həmçinin deyib ki, hazırda Azərbaycan qızlarının kütləvi şəkildə xarici vətəndaşlarla ailə qurması ciddi problemdir.
"Səhiyyə müəssisələrində müalicə məqsədi olmasa ultrasəs müayinəsinin (UZİ) keçirilməsi hansısa formada tənzimlənməlidir. Təəssüf ki, UZİ-nin lazım oldu-olmadı, xüsusilə cinsə görə "muştuluq" naminə təyin edilməsi halları bu gün də var”.
Modern.az