Pensiya yaşının artırılması ilə bağlı layihə martın 7-də Milli Məclisdə müzakirəyə çıxarılacaq

1 Mart 2017 17:34 (UTC+04:00)

Azərbaycanda pensiya yaşının və peşə stajına görə pensiya yaşı müddətinin artırılması ilə bağlı layihə Milli Məclisin martın 7-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
 
Parlamentdən  verilən məlumata görə, “Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklik layihəsi plenar iclasın gündəliyinə salınıb.
 
Qeyd edək ki, martın 7-də keçiriləcək iclasın gündəliyinə ümumilikdə 13 məsələ daxildir. 

APA