Bakıda soyğunçuluqla məşğul olan şəxs tutulub. Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, martın 1-də metronun "Nizami" stansiyasının platformasında Bakı şəhər sakini Əfsanə Abbasovanın çantasından 114 manat pul və sənəd oğurlamaqda şübhəli bilinən paytaxt sakini Tərlan Əliyev Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Araşdırma aparılır.