Azərbaycana qaçaq yolla gətirilən külli miqdarda xarici markalı siqaret aşkar olunub.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a bildiriblər ki, Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə respublika ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən aksiz markasız siqaretlərin realizə olunacağı barədə məlumat daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Cəlal Qasımov küçəsində Azərbaycan vətəndaşı Qurbanov Elvin Əfrasiyab oğlunun idarə etdiyi "OKA SeAZ-11116" markalı, "24 BE 054" dövlət nömrə nişanlı minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib.
Yoxlama zamanı avtomobildən üzərində aksiz markası olmayan külli miqdarda xarici markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.