Nəsimi rayon Polis İdarəsinin rəisi Musa Musayevin blogger Mehman Hüseynov barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə məhkəmənin qərarı elan edilib.
Movqe.az teleqraf.com-a istinadən xəbər verir ki, Suraxanı rayon Məhkəməsini qərarı ilə Mehman Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalından həbs edilib.
Qeyd edək ki, Nəsimi rayon polis idarəsinin rəisi Musayev Musa Oktay oğlu Mehman Hüseynovun CM-nin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.