Qoç - bu gün heç bir işdə tələsməyin. Qanimed və Titaniya bu gün sizi bəzi mövqelərə yenidən baxmağa vadar edəcək. İllüziyalar darmadağın olacaq. Amma inanın, bunun özü maraqlı prosesə çevrilə bilər.
Buğa - emosiyalarınıza sərhəd qoymayın. Su ilə ehtiyatlı olun. Spirtli içkilərə qətiyyən yaxın durmayın. Ehtiyac duysanız, mütləq istirahət edin. Hədsiz gərginlikdə keçən vaxt immunitetinizi zəiflədə bilər.
Əkizlər - mühüm və önəmli işlər üçün əlverişsiz gündür. Triton və Haronun münasibətləri sizdən aramla davranmağı, ünsiyyətdə pərişanlıq nümayiş etdirməməyi istəyir. İstəkləriniz, arzularınız və maraqlarınıza fikir verin, vaxt ayırın.
Xərçəng - tələsik qərarlar qəbul etməyin, vədlər verməyin. Mühüm münasibətdə yön dəyişməsi mümkündür.
Şir - sizi usandıran, uğura doğru hərəkətinizə mane olan nəsnə və insanlardan peşmançılıq çəkmədən qurtulun. Yeni tanışlıqlar arzuolunan deyil. Lakin şəxsi münasibətlər üçün düşərli gündür.
Qız - hiss, həyəcan, hadisələr və gözləntilərlə zəngin bir gün yaşanacaq. Başladığınız işlərin uğurla və məntiqi sonluqla başa çatması üçün maksimum səy göstərin. Lakin Andromeda və Oberon sizə ifrat gözləntilərə qapılmamağı məsləhət bilir.
Tərəzi - emosiyalar rasional düşünməyə mane olmasın, vacib məsələlərdən diqqəti yayındırmasın. Maliyyə məsələlərində yanlışlıq, ailə üzvləri ilə münasibətlərdə gərginlik istisna deyil.
Əqrəb - emosional narahatlıq kəskinləşsə də, bütün fikirlərinizi əyan etməyin, hisslərinizi cilovlayın. Ümumi işlə məşğul olun, işlərə emosional təkan verin, qərarları təxirə salmayın. Axşam doyunca yemək olar.
Oxatan - bu gün işlərinizdə nizam və qaydanı qorumağa çalışın. Gərginliyin hiss olunduğu situasiyanı ağırlaşdırmayın. Merkuri və Fobos sizdən kənar müdaxilələrlə təsirlərə uymamağı tələb edir.
Oğlaq - faydalı ola biləcək xəbərlərin axışını məhdudlaşdırmayın, bütün ideya və təklifləri diqqətlə qarşılayın. Hər təkliflə dərhal razılaşmayın.
Dolça - tərəfdaşlarla münasibətlərdə böhran yarana bilər. Vəziyyəti gərginləşdirməyin, rəqibləri müttəfiqə çevirməyin yollarını arayın.Təmkinlə davranın.
Balıqlar - şəxsi münasibətlərdə də gərginlik artır. Emosiyaların qarşısını almayın, sevdiyiniz insana hiss və istəklərinizi bildirin. Batinən aydınlığa, zahirən dəstəyə ehtiyacınız var.
Milli.Az