5 ölkə arasında arasında təhsil sahəsində önəmli addımlar atılacaq-Yeni layihə

6 Mart 2017 15:55 (UTC+04:00)

Xəbər verdiyimiz kimi fevral ayının 27 və 28 də Türkiyənin İstanbul şəhərində Türk Cümhuriyyətindəki "Rus-Türk" xalqları diplomatiyası universitetinin inkişafı konsepsiyası üzrə strateji layihə sessiyası keçirilib. İstanbul - Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyi təşkilatşılığı ilə dünyanın bir neçə ölkəsinin nümayəndəsi İstanbulda Maltəpə universitetində toplaşıb. Rus mütəxəssisi , Qəyyumlar Şurası Fondunun həmsədri,  "XXI əsrin madonnaları" və "Madonna dünyanın qalereyalarında" layihəsinin müəllifi İrina Qalanova   "XXI əsrin madonnaları" Analıq Mədəniyyəti dəstəyi fondunun prezidenti  Məryəm Yermakova və beynəlxalq diplomatiya, informatika və biznes üzrə vitse prezident, sülhməramlı səfir Aleksander Şapiro Suliman tədbirin yekunu ilə bağlı Movqe.az-a açıqlama verərək bildiriblər ki, Türkiyə Rusiya, İsrail, Azərbaycan və Gürcüstan ölkələri ilə sıx əməkdaşlığa başlanacaq. "5 ölkə arasında arasında təhsil sahəsində önəmli addımlar atacağıq. Bu 5 ölkədə təhsi almaq və ya davam etdirmək istəyən insanlara dəstək göstərəcəyik."

Tezliklə belə bir tədbirin Azərbaycanda da baş tutacağını bildirən sülhməramlı səfir Aleksander Şapiro Suliman bu cür sosial layihələrin çox önəmli olduğunu da vurğulayıb. "Azərbaycan üçün önəmli bir toplantı olacaq. Bacardığımız qədər əlaqələri möhkəmlədəcəyik. Düşünürəm Azərbaycan insanı bu layihələrdən yaxşı mənada yararlanacaq".  Xatirladaq ki bu layihlər, Rus-Türk Universiteti ictimai diplomatiya və "XXI əsrin madonnaları" Analıq Mədəniyyəti dəstəyi fondunun layihəsidir.

Qeyd edək ki, Simsar.az saytı İstanbul - Rusiya və qonşu ölkələr təşəbbüskarlar dərnəyi və "XXI əsrin madonnaları" Analıq Mədəniyyəti dəstəyi fondunun layihələrində   informasiya dəstəyidir.