Gəncə Baytarlıq İdarəsinin rəisi Bayandur Rzayev baytarlıq ixtisasının 5-ci kurs tələbələrinə “Beynəlxalq baytarlıq şəhadətnamələrinin və sertifikatlarının verilməsi haqqında” Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti və zoomühəndislik fakultəsində mühazirə oxuyub.
Universitetin mətbuat xidmətinin xəbərinə görə mühazirə interaktiv və diskussiya şəklində aparılıb. Elə bu səbəbdən də dərs çox maraqlı keçib, tələbələrin razılığına səbəb olub.
Fakultədə belə mühazirələrin gələcəkdə də təşkil edilməsi planlaşdırılıb. Təcrübəli baytar həkimlər və iş adamları auditoriyalara dəvət ediləcək, onların yuxarı kurs tələbələri ilə görüşləri keçiriləcəkdir.
ƏLİHÜSEYN ŞÜKÜROV