Azərbaycanla ABŞ arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Los Anceles şəhərində müvafiq poçt markası buraxılıb.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan Trend-ə verilən məlumata görə, ABŞ-n Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə ediləcək poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks etdirilərək, “Azərbaycan – ABŞ. 25 İllik Dostluq. 1992-2017” sözləri qeyd olunub.
Baş Konsulluğun təşəbbüsü və dəstəyi ilə buraxılan markanın ABŞ-da geniş şəkildə yayılması nəzərdə tutulur.