ABŞ Ədliyyə Nazirliyinin rəhbərinin müavini postuna namizəd Rod Rozenstayn prezident Donald Trampın komandasının Rusiya ilə əlaqələrinin olub-olmamasını araşdırmaq üçün xüsusi prokuror təyin edəcəyini istisna etməyib. Movqe.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rod Rozenstayn həmçinin ABŞ-da keçirilən son prezident seçkilərinə Rusiyanın müdaxiləsini araşdıracağını vəd edib.