Çindən ABŞ və Koreya rəhbərlərinə çağırış

8 Mart 2017 22:30 (UTC+04:00)

Çin ABŞ və Şimali Koreya arasında qarşıdurmaya yol aça biləcək bir böhranın qarşısının alınması və Koreya yarımadasında gərginliyin azalması üçün açıqlama yayıb. Pekin rəhbərliyi bu məqsədlə hazırladığı təklifləri Şimali Koreya, Cənubi Koreya və ABŞ-a çatdırıb.
Çinin Xarici işlər naziri Vang Yi Şimali Koreyaya nüvə raket sınaqlarını təxirə salmaq, ABŞ və Cənubi Koreyaya də illik ortaq hərbi manevrləri dayandırmaq çağırışı edib.
Pekində bir mətbuat toplantısı keçirən çinli nazir ölkəsinin ABŞ-la ortaq maraqlarının artdığını söyləyib.

Məlumdur ki, Şimali Koreya bazar ertəsi günü Yapon dənizinə dörd ballistik raket göndərmiş, ABŞ bundan sonra Cənubi Koreyada raketlərdən müdafiə sistemi qurmaq qərarı almışdı.
Amerikalı rəsmilər bu müdafiə sisteminin Çin üçün bir təhdid olmadığını vurğulayır. Ancaq Pekin rəhbərliyi bu sistemin güclü radarı ilə Çin torpaqlarını izləyəcəyi təhlükəsindən çəkinərək, sistemə qəti olaraq qarşı çıxdığı bildirilir.
Xatırladaq ki, Şimali Koreya da son raket sınaqlarını “Yaponiyadakı ABŞ bazalarına hücuma istiqamətlənmiş bir manevr” olaraq dəyərləndirmişdi.