Bakı metrosunda oğrular tutuldu

9 Mart 2017 16:39 (UTC+04:00)

Bakı metrosunda oğurluq edən şəxslər tutulub. Movqe.az  bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) saytı xəbər yayıb.

Xəbərdə bildirilir ki, Hacı Mehdiyev oğurluq etməkdə şübhəli bilindiyinə görə Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub. Ətrafında Yasamal RPİ 27-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun fevralın 22-də daha bir paytaxt sakininin mobil telefonunu oğurlaması da müəyyən edilib.

Martın 8-də metronun "Nizami Gəncəvi" stansiyasında qatarda Ağsu rayon sakini Camo Qəniyevin cibindən mobil telefonunu oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Tağıyev də Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən tutulub.

Hər iki faktla bağlı araşdırma aparılır.