Yunanıstan XİN-dən Qarabağ bəyanatı: "Müharibə istəmirik..."

10 Mart 2017 15:12 (UTC+04:00)

Yunanıstan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqlarını və həmsədrlərin səylərini dəstəkləyir.

Movqe.az-ın azvision.az-a istinadən verdiyi məlumata görə, bunu Yunanıstanın xarici işlər naziri Nikos Kotsias erməni həmkarı Edvard Nalbandyanla keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, insanların təhlükəsizliyinin təmin olunması prioritet olmalıdır: “Münaqişələrin hərbi yolla həlli yoxdur. Münaqiləşər razılaşdırılmış formatda həll edilməldir”.