Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında 10 mart - Milli Teatr Günü münasibətilə tədbir keçirilib.
Movqe.az xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə teatrın foyesində müxtəlif ölçülü kuklalardan ibarət sərgiyə baxıblar.
Sonra teatrın repertuarında olan 10-dan artıq səhnə əsəri əsasında hazırlanmış tamaşa təqdim olunub.
Tədbirdə Kukla Teatrının 85 illik tarixini əks etdirən videoçarx nümayiş edilib.
Sonda teatrın nəzdində fəaliyyət göstərən “Oyuq” teatr-studiyasının balaca istedadları çıxış ediblər.