Bu gün Tağıyev adına Masallı Rayon Tarix-Diyarşünaslıq Muzeyində 2017-ci ilin “İslam Həmrəyliyi ili” elan olunması ilə əlaqədar “İslami dəyərlər və şəhidlik” mövzusunda tədbir keçirilib.
Tədbiri muzeyin direktoru Əntiqə Tağıyeva açmış, mövzu barədə iştirakçılara ətraflı məlumat verilib.
Muzeyin elmi işçisi Dilguşə Məmmədova “İslami dəyərlər və şəhidlik” mövzusunda məruzə edib.
“İslami dəyərlər və şəhidlik” mövzusunda həyata keçirilən layihəyə Ərkivan şəhidləri ilə start verilib.
Məruzə ətrafında rayon ağsaqqallar şurasının sədri Ələşrəf Niftiyev, AQMƏVŞA İctimai Birliyi Masallı şöbəsinin müdiri Nahid Rəhimov, DQİDK -nın Masallı bölgəsi üzrə şöbəsinin baş məsləhətçisi Kamil Bağırov, MƏSQVT Masallı şöbəsinin sədri Məmmədaqa Şiriyev, “Masallı Ziyalıları” İctimai Birliyinin sədri Qardaş Fətullayev, Həsənəkücə tam orta məktəbinin direktoru Məmmədağa Sadıqov, Ərkivanda məskunlaşan Qarabağ köçkünü Aynurə Əliyeva çıxış ediblər.
Zahid Nəcəfov adına Ərkivan 2 nömrəli tam orta məktəbinin şagirdləri Səbinə Məlikova və Aydan Həmidova “Ayağa qalx, Azərbaycan!” şeirini ifa ediblər.
ƏLİHÜSEYN ŞÜKÜROV