Əfv Komissiyası 850-dək müraciətə baxıb

10 Mart 2017 17:36 (UTC+04:00)

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
 
Movqe.az xəbər verir ki, komissiyanın üzvü Mehdi Mehdiyev APA-ya açıqlamasında bildirib ki, iclasda 120 müraciətə baxılıb.
 
O, indiyədək keçirilən iclaslarda ümumilikdə 850-yə yaxın müraciətə baxıldığını deyib.
 
Qeyd edək ki, Novruz Bayramı ərəfəsində əfv sərəncamının imzalanacağı gözlənilir.
 
Həmin vaxta qədər daha bir neçə iclasın keçiriləcəyi, iclaslarda 800-dən çox müraciətə baxılacağı bildirilir.