Masallida novruz bayrami qeyd edilib

14 Mart 2017 11:26 (UTC+04:00)

13 mart 2017-ci il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin qarşısındakı meydanda xalqımızın ən gözəl bayramı olan Novruz bayramı münasibətilə ümumrayon tədbir keçirilib.

    Tədbirdə Masaallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilat rəhbərləri, rayonun ziyalıları, ağsaqalları və minlərlə rayon sakini iştirak edib.
   Masallı Rayon İcra Hakimiyyətinin başçısı R. Hüseynov əvvəlcə milli adət ənənələrimizi özündə əks etdirən əl işləri, milli mətbəximizlə tanış olub və bayram tonqalına alovlandıraraq möhtəşəm bayram tədbirini açıq élan edib.
    Əvvəlcə Dədə Qorqud, Bahar qızı və Novruz simvolları olan Keçəl-Kosa salamdı və tədbir iştirakçılarını xalqımızın gözəl bayramı olan Novruz bayramı münasibətilə təbrik etdilər.
      Sonra Kosa və Keçəlin yumoristik səhnələri, idmançılarımızın meydanda öz idman növlərini təqdim etmələri, yumurta döyüşləri şənliyə xüsusi rəng qatdı.
      Qeyd dək ki, Masallıda həyata keçirilən tədbirlərin sayına görə regionda liderdir. 
       Bugünkü bayram tədbirinin sonunda Masallı Regional Mədəniyyət və Turizm İdarəsinin özfəaliyyət kollektivinin, rayonumuzun, Cəlilabad və Yardımlı rayonlarının folklor kollektivlərinin və solistlərinin rəngarəng çıxışları və Heydər Əliyev Mərkəzində fəaliyyət gostərən rəqs dərnəyinin şagirdlərinin rəqsləri ilə milli adət-ənələrimizi özündə əks etdirən müxtəlif səhnəciklər və geniş konsert proqramı təqdim olunub.
      Masallıda Novruz bayramı tədbiri gur sədalar altında, insanların əsl bayram əhval-ruhiyyəsiylə başa çatıb.

ƏLİHÜSEYN ŞÜKÜROV