Ənənə üzrə Masallıda Novruz yarmarkası keçirilib

14 Mart 2017 11:43 (UTC+04:00)

Ölkədə süni qiymət artımının qarşısının alınması məqsədilə Masallı rayonunun “Xan çinar” ticarət mərkəzi-təzə bazarda mütəmadi kənd təsərrüfatı yarmarkaları keçirilir. Bu, son illərdə rayonda ənənə şəklini almışdır. 

Növbəti Novruz yarmarkası bayramqabağı - martın 12-də həyata keçirilmişdir. Burada əsl coşğunluq müşahidə olunmuşdur. Yarmarkaya üz tutanlar istədiyi ərzağı tapa bilmişlər. Həm də fərqli qiymətə uyğun... 
Bu barədə bayram yarmarkasında iştirak edən yurnalist Əlihüseyn Şükürov və fotomüxbir Vəkil Novruzoğlu xəbər verirlər.
Qeyd edək ki, kənd təsərrüfatı və ərzaq məhsullarının növbəti yarmarkasına qonşu rayonlardan da gəlmiş istehsalçılar iştirak etmişlər. Onlar yaradılan şəraitə görə ölkə rəhbəri cənab İlham Əliyevə və Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynova minnətdarlıq etmişlər. 
Yarmarkanın işində Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynov şəxsən və aparatı, idarə , müəssisə rəhbərləri, bütün ərazi nümayəndələri və bələdiyyə sədrləri, ictimaiyyət nümayəndələri və KİV əməkdaşları iştirak etmişlər. 
Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov həmişəki kimi ərzaq yarmarkasını gəzmiş, ərazilərdən gətirilmiş məhsulun qiymətləri və satışı ilə yaxından tanış olmuş, burada iştirak edən istehsalçılarla - fermer və sahibkarla görüşmüş, onlarla söhbət aparmış, təşəkkür etmiş, bu işin ardıcıllıqla davam etdirilməsini, bayramqabağı sakinlərə və rayona gələn qonaqlara daha nümunəvi xidmət göstərməyi bildirmişdir. 
Sabit qiymət vəziyyətini saxlamağı xüsusi qeyd edən rayon rəhbərinin tövsiyyəri həmişə olduğu kimi bu dəfə də maraqla dinlənilmişdir. 
Sakinlər və alıcılar yarmarkada yaradılan şəraitdən razı qalmışlar. Buna görə onlar Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Rafil Hüseynova dərin təşəkkür etmiş, qarşıdan gələn bayramını təbrik etmişlər. 
Satışa çıxarılan meyvə-tərəvəz, süd məhsulları, yumurta, balıq, toyuq, ət və digər ərzaq məhsulları alıcılara bazar qiymətlərindən 30%-ə qədər aşağı qiymətə satılıb. 
İnsanların çox olduğu bayram yarmarkasında təklif olunan bütün məhsullar növbə qaydasında təşkil olunub. 
Alıcıların çoxluq təşkil etməsi satıcılara qətiyyən çətinlık yaratmamışdır.

 Əlihüseyn ŞÜKÜROV