Paytaxtda mənzildə meyit tapılıb

15 Mart 2017 13:46 (UTC+04:00)

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Nərimanov rayonunda mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən Movqe.az-a  verilən məlumata görə, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1941-ci il təvəllüdlü Hüseynov Fikrət Eyyub oğlunun cəsədini aşkar edərək aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 10:45-də başa çatıb.