Prodüser Tolik və müğənni Şəbnəm Tovuzlunun canlı efirdə Təranə Qumralı 720 manata 1 kiloqram alça aldığına görə tənqid etməsi yeni qalmaqalın əsasını qoyub. Belə ki, müğənni Təranə Qumral həmkarı ilə prodüserin ünvanına sərt fikirlər səsləndirib. Təranə həmkarı Şəbnəmi çılpaq fotolarını yaymaqla hədələyib: "Bir müddət öncə mətbuat dərc etdi ki, qadın alveri üstündə Şəbnəmi tutublar. Bundan danışım? Şəbnəmin məndə bir qəzetlik lüt şəkilləri var. Lazım gələrsə, o şəkilləri sizə təhvil verə bilərəm. O, yetim qızdı, istəmirəm, ona toxunum. Mən faktlarla danışan adamam. Heç kimi topuğumdan yuxarı buraxmıram. Hətta onlardan danışdığıma görə utanıram. Şəbnəmin məndə yataqda şəkilləri var. Əsəblərimlə oynamasın. Əgər üstümə gəlməyə davam edərsə, bütün o fotoları yayımlayacağam. Getsin, özündən danışsın. Başqasının ərindən kəbinlə uşaq doğan adamdır. Bu boyda ayıbı olan insan Təranədən danışır? 25 ildir ki, Musayla ailəliyəm, mənim arxamda ərim var. Kimin sözü varsa, qarşıma çıxsın. Əlimdə faktlar da var”. (metbuat.az)